Vilayət Eyvazovdan yeni əmrlər - 2 rayona rəis müavini təyin edildi

Samir Məmmədov bundan əvvəl Nəsimi Rayon Polis İdarəsində işləyib

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni kadr dəyişikliyi edib.

Nazirin yeni əmrinə əsasən, polis kapitanı Samir Məmmədov Zaqatala Rayon Polis Şöbəsinə rəis müavini təyin olunub.


Qeyd edək ki, Samir Məmmədov bundan əvvəl Nəsimi Rayon Polis İdarəsində işləyib. (Qafqazinfo)

Samux Rayon Polis Şöbəsinə (RPŞ) də rəis müavini təyin olunub. Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Musayev Fikrət Kamal oğlu RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, F.Musayev bu vəzifəyə qədər Daşkəsən RPŞ-də xidmət üzrə müavin işləyib. (Oxu.az)