"Azərbaycan qardaş Türkiyə xalqına hər cür yardım göstərməyə hazırdır" "Azərbaycan qardaş Türkiyə xalqına hər cür yardım göstərməyə hazırdır"

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

"Azərbaycan qardaş Türkiyə xalqına hər cür yardım göstərməyə hazırdır"

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.

AzNews.az xəbər verir ki, başsağlığında deyilir:

"Qardaş Türkiyədə baş vermiş zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır", - deyə XİN-dən bildirilib.

Xatırladaq ki, dünən axşam Türkiyənin Elazığ şəhərində 6.8 bal gücündə zəlzələ olub.

Hadisə nəticəsində 21 nəfər ölüb, 1030 nəfər isə yaralanıb. Zəlzələ bölgəsində xilasetmə əməliyyatları davam etdirilir. Ölən və yaralananların sayının artacağı istisna deyil.

AzNews.az