Rektorun məzuniyyəti bu gün bitib Rektorun məzuniyyəti bu gün bitib

Yeni deputat rektor vəzifəsində qalacaq?

Rektorun məzuniyyəti bu gün bitib

Parlament seçkilərinə görə məzuniyyət götürən və Milli Məclisin deputatı seçilən Azərbaycan İlahiyyat İnstitunun rektoru Ceyhun Məmmədov bu gündən işə çıxıb.

AzNews.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq institutdan bildirilib.

Qeyd olunub ki, rektorun məzuniyyəti bu gün bitib və o, artıq iş başındadır:

“Ceyhun Məmmədovun məzuniyyəti dövründə rektor vəzifəsini institutun Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov icra edib”.

C.Məmmədovun deputat kimi fəaliyyətə başlayandan sonra İlahiyyat İnstitunun rektoru vəzifəsində qalıb-qalmayacağına gəlincə, bildirilib ki, bu barədə yaxın günlərdə məlumat veriləcək:

“Hələlik bununla bağlı heç bir informasiya yoxdur. Qərar olanda ictimaiyyətə açıqlanacaq”.