Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib

“Biz bunu gələcək nəsillərə saxlamamalıyıq”

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib

“Azərbaycanın Ermənistan ərazisində heç bir məqsədi yoxdur”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan öz suveren ərazilərini bərpa edir: “Bu münaqişə nəhayət öz həllini tapmalıdır. Biz bunu gələcək nəsillərə saxlamamalıyıq. Ermənistan müxtəlif ölkələrdən muzdlular gətirərək Azərbaycan əleyhinə istifadə etməyə cəhd edir. Ermənistan silah daşınması üçün mülki təyyarələrdən istifadə edir. Bu da beynəlxalq aviasiya qanunlarının kobud şəkildə pozulmasıdır.

Eyni zamanda, diasporun maliyyəsi ilə qara bazardan silahlar alaraq Ermənistana gətirirlər və bu silahlardan Azərbaycan mülki əhalisinə qarşı istifadə edirlər. Beynəlxalq təşkilatlar bunun qarşısını almalıdırlar”.