Sağlamlığını itirmiş mülki vətəndaşlarımız və onların ehtiyacları barədə e-məlumat bazasının yaradılmasını təklif etmişdik Sağlamlığını itirmiş mülki vətəndaşlarımız və onların ehtiyacları barədə e-məlumat bazasının yaradılmasını təklif etmişdik

“Nazirlik pay torpağı olan belə ailələri müvafiq subsidiyalarla təmin etsin”- Hüquq müdafiəçisi

Sağlamlığını itirmiş mülki vətəndaşlarımız və onların ehtiyacları barədə e-məlumat bazasının yaradılmasını təklif etmişdik

“Vətən müharibəsi gedən vaxt mülki dövlət orqanlarının aktivliyi o qədər də hiss olunmurdu. Görünür belə də lazım idi. İndi isə hər bir orqan öz səlahiyyətləri və imkanları daxilidə şəhid ailələrinin və müharibədə sağlamlığını davamlı itirən insanların yanına (evlərinə) özləri getməlidir”.

AzNews.az xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Sahib Məmmədov qeyd edib.

O bildirib ki, həmin şəxslər problemlərini özləri qaldırmalı deyil, onların problemləri öyrənilməlidir: “Biz də bütün şəhidlərimizin ailələri, müharibədə iştirak edib və ya Ermənistanın hərbi cinayətləri nəticəsində sağlamlığını itirmiş mülki vətəndaşlarımız və onların ehtiyacları barədə e-məlumat bazasının yaradılmasını təklif etmişdik. Bildiyim qədər bu istiqamətdə iş gedir. Amma indi hər bir dövlət orqanının rəhbərləri, əməkdaşları evlərə getməlidir. Yaxşı nümunə də var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütün bürokratik prosedurları, yazışmaları bir kənara qoyub şəhid ailələrinin və sağlamlığını itirərək əlil olmuş qazilərin və mülki şəxslərin evlərinə gedir. Gedənə qədər məlumat toplayaraq hazır gedirlər. Səlahiyyətləri daxilində problemləri yerində həll edir və özünəməşğulluq proqramı çərçivəsində qaziləri və Şəhid ailələrinin üzvlərinə aktiv dəstəyi təmin edirlər”.

Sahib Məmmədov onların həmçinin müvafiq subsidiyalarla təmin olunmasının vacibliyini də vurğulayıb: “Yaxşı olardı ki, Kənd Təsərrüfatı nazirliyi pay torpağı olan belə ailələrin torpaqdan istifadə imkanlarını öyrənib müvafiq subsidiyalarla təmin edərdilər. Eləcə də digər Mərkəzi icra hakimiyyəti orqanları. Yerli icra hakimiyyəti orqanları isə bütün kollektivi ilə bu ailələrin yanıda olmalıdır. Yerli İcra hakimiyyti orqanlarında şəhid ailəsinə "bu məsələ bizim slahiyyətimizə aid deyil, gedin filan orqana müraciət edin" deməli deyil. Deyirlərsə,deməli onların rəhbərinin səlahiyyətini əlindən alıb bacaranı təyin etmək lazımdır”.

Səidə

AzNews.az