- Göz önü
- 30 Dekabr 2020 14:09
- 4 048
Ölkəyə gətiriləcək vaksinlərdən vergi tutulmayacaq
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib
Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
AzNews.az xəbər verir ki, təklif edilən dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalından 2021-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV tutulmayacaq.
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.