“Həkimlər bu gün Rəmişi müayinə edəcək" “Həkimlər bu gün Rəmişi müayinə edəcək"

Xalq artistindən xəbər var

“Həkimlər bu gün Rəmişi müayinə edəcək"

"Xalq artisti Rafiq Hüseynov (Rəmiş) müalicəsini Bakı Sağlamlıq Mərkəzinin (BSM) intensiv terapiya şöbəsində davam etdirir".

Bunu BSM-in şöbə müdiri Cavid Paşayev bildirib.

Şöbə müdirinin sözlərinə görə, əvvəlki günlərlə müqayisədə huşu aydınlaşıb və qaraciyər göstəriciləri yaxşılaşmağa doğru gedir: “Həkimlər bu gün Rəmişi müayinə edəcək və hər şey qaydasında olsa, palataya köçürüləcək”.

Xatırladaq ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xalq artistinin müalicəsi üçün göstəriş verib. Rəmiş yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya gətirilib. O, qaraciyər çatışmazlığından əziyyət çəkir. (report)

AzNews.az