Cənab Prezident pandemiya ilə mübarizədə bütün səylərin səfərbər edilməsi üçün tapşırıqlar verib Cənab Prezident pandemiya ilə mübarizədə bütün səylərin səfərbər edilməsi üçün tapşırıqlar verib

“Bəziləri dövlətin pandemiyaya qarşı mübarizəsinə kölgə salır” - Musa Quliyev

Cənab Prezident pandemiya ilə mübarizədə bütün səylərin səfərbər edilməsi üçün tapşırıqlar verib

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun qeyri-rəsmi olaraq köməkçiləri olan həmin müəssisənin qeydiyyatçıları Orucov Qulu İlqar oğlu və İmanlı Taleh Mövlamerdi oğlunun, habelə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Yeni klinika" Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun və qurumun digər vəzifəli şəxslərin ağır koronaviruslu xəstələrin yaxınlarından yüksək məbləğdə rüşvət tələb etmələri müəyənləşib. Hər iki klinika rəhbəri həbs olunub.

Qeyd edək ki, dövlətin pandemiya başlayandan indiyədək müxtəlif mübarizə tədbirləri gördüyü, vaksinasiya prosesi apardığı bir vaxtda bəzi vəzifəli şəxslərin bu cür sui-istifadə hərəkətlərinə əl atması cəmiyyətdə qəzəb doğurub.

AzNews.az-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Sosia siyasət komitəsinin sədri, həkim Musa Quliyev baş verənlərə təəssüf etdiyini bildirib:

“Biz, eləcə də bütün dünya pandemiya ilə mübarizədədir. Cənab Prezident pandemiya ilə mübarizədə bütün səylərin səfərbər edilməsi üçün tapşırıqlar verib, şəxsi büdcəsindən virusla mübarizəyə vəsait ayırıb, tez bir zamanda yeni klinikaların açılıb istifadəyə verilməsini təmin edib.

Bildiyiniz kimi, ölkə başçısının siyasətinin əsas qayəsi korrupsiya və rüşvətxorluqla mübarizədir. Belə məsələlərdə həm ictimaiyyət, həm də hüquq-mühafizə orqanları fəal olmalıdırlar, necə ki, indiki halda operativlik nümayiş etdiriblər.
Bu kimi hallar qəti şəkildə pislənilməlidir, tibb kollektivlərində müzakirə olunmalıdır. Necə ola bilər ki, sənə belə yüksək etimad göstərilsin, bundan rüşvətxorluq üçün istifadə edəsən?! Bu heç bir çərçivəyə sığmır”.

M.Quliyev deyib ki, ağır, həyati təhlükəsi olan, ölümlə üzbəüz qalan xəstədən, onun yaxınlarından nəsə ummaq, şərt kəsmək, alverə getmək nə insanlığa yaraşır, nə də həkim adına:

“Mən çox təəssüf edirəm ki, koronavirusla mübarizə aparan həkimlərimizin şərəfli işinə kölgə salan hallar qeydə alınır. Bir tərəfdən də hüquq-mühafizə orqanlarının işini yüksək qiymətləndirirəm ki, belə hallara qarşı effektiv mübarizə aparırlar. Göründüyü kimi, bəziləri öz şəxsi maraqlarını güdərək dövlətin gördüyü tədbirlərə kölgə salır. Amma bu məsələdə dövlət qətiyyətini göstərir və günahkarlar cəzalandırılır”.