İsmayıl İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsində 2006-cı ildən çalışır İsmayıl İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsində 2006-cı ildən çalışır

Nazirlik İsmayıl İsmayılovun istefası xəbərlərinə münasibət bildirib

İsmayıl İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsində 2006-cı ildən çalışır

"Nazir müavini İsmayıl İsmayılovun işdən azad edilməsi ilə bağlı yayılan informasiya həqiqəti əks etdirmir".

Bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev deyib.

O bildirib ki, İsmayılov hazırda müalicəsini davam etdirir və yaxın günlərdə işə çıxacaq.

Qeyd edək ki, İsmayıl İsmayılov yeni nazir Fərid Qayıbovun müxtəlif federasiya və idman qurğularında keçirdiyi görüşlərdə iştirak etməyib. Onu nazirliyin aparat rəhbəri Rüfət Həsənov müşayiət edib. Bu isə İ.İsmayılovun tutduğu vəzifədən azad edildiyinə dair xəbərlərin yayılmasına səbəb olub.

İsmayıl İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsində 2006-cı ildən çalışır. (report)