Özü Birinci Qarabağ savaşında iştirak edib, qardaşı isə şəhid olub Özü Birinci Qarabağ savaşında iştirak edib, qardaşı isə şəhid olub

Bakı Yol Polisinin rəisi Rəşid Piriyev gözləntiləri doğrultdumu? - MÜSBƏT REAKSİYA

Özü Birinci Qarabağ savaşında iştirak edib, qardaşı isə şəhid olub

Sosial şəbəkələrdə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Rəşid Piriyev haqqında maraqlı məlumatlar paylaşılıb. Adətən, yüksək post tutan məmurlar, vəzifəli şəxslər barədə sosial şəbəkələrdə neqativ məzmunlu xəbərlər və görüntülər yayılsa da, Bakı DYP-nin rəisi haqqında izləyicələr müsbət rəylər yazırlar. Sözügedən videoda isə, II Qarabağ savaşında yaralanmış sürücü Bakı şəhər Dövlət Yol Polisinə inzibati xəta ilə bağlı şikayət vermək üçün getdiyini, idarədə yüksək diqqət gördüyünü, qazi olaraq şəxsən Rəşid Piriyev tərəfindən qəbul edildiyini və anlaşılmazlığın dərhal öz həllini tapdığını bildirir.

AzNews.az "Rəşid Piriyev ötən ilin əvvəllərində Bakı şəhəri DYP-nin rəisi təyin olunduqdan sonra yol polisinin fəaliyyətində nə kimi dəyişiklik hiss olunur" sualı ilə sürücülərə müraciət edib.

Sürücü Murad Əliyev bildirib ki, Piriyevin təyinatından sonra yol hərəkət iştirakçıları xeyli rahat nəfəs alır:

"Əvvəla, yol polisi qabaqlar olduğu kimi avtomobilləri dəqiqəbaşı saxlamır, yol hərəkətinə diqqətlə nəzarət etsələr də, qayda pozuntusu olmadığı halda, sürücüləri haqsız çıxarmağa, cərimələməyə çalışmırlar. Tində-bucaqda gizlənib avtomobillərə "şikar" kimi baxan DYP patrullarına da, demək olar ki, rast gəlinmir. Hər hansı qayda pozuntusu olanda, yol polisləri əvvəlki illərlə müqayisədə vətəndaşlarla daha mədəni davranır, kobudluq nümayiş etdirmirlər. Əlbəttə, başında hələ "köhnə hava" dolaşan yol polisləri də var, amma atmosfer kökündən dəyişib".

Başqa bir sürücünün- Hamlet Qasımzadənin dediyinə görə, Bakı şəhərində Dövlət Yol Polisinin fəaliyyətində əsas dönüş ondan ibarətdir ki, xidmət aparan polis əməkdaşlarının ilk prioriteti yol hərəkətinin tənzimlənməsidir. "Əvvəllər belə deyildi, DYP əməkdaşları hərəkəti tənzimləməkdən çox, tənzimləməməyə çalışırdılar ki, qarışıqlıqda daha çox cərimə yaza bilsinlər".

Adının açıqlanmasını istəməyən çavuş rütbəli DYP əməkdaşı isə bildirir ki, o, 12 ildən artıqdır ki, müvafiq qurumda çalışır: "Bununla belə, heç zaman yolda qalan bir maşına köməklik etməmişdim. Ancaq son bir ildə dəfələrlə belə hallar zamanı sürücülərə yardım etmiş, yolda qalan avtomobillərin ötəri nasazlıqlarının aradan qaldırılması üçün onlara lazimi kömək göstərmişəm. Əgər bir maşının təsadüfən yolda benzini bitibsə və hərəkətə mane olarsa, DYP maşınından onun üstünə meqafonla çığıran yol polisini görə bilməzsiniz. Əksinə onu görəcəksiniz ki, rütbəsindən asılı olmayaraq DYP əməkdaşları həmin maşını yoldan çıxararaq hərəkəti bərpa etməyə çalışır".

AzNews.az bildirir ki, polkovnik Piriyev polis sistemində vətənpərvər və təcrübəli kadrlardan sayılır. O, bir müddət Şirvan və Beyləqan polis şöbələrinin rəisi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini olub. Rəşid Piriyev həm də Birinci Qarabağ savaşı zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib. Bir qardaşı isə şəhid olub.

AzNews.az