Müvafiq əmr imzalanıb Müvafiq əmr imzalanıb

Vilayət Eyvazov generalın qohumuna yüksək vəzifə verdi

Müvafiq əmr imzalanıb

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Şahin Əliyev Daxili İşlər Nazirliyi (DİN) Abşeron Rayon Mühafizə İdarəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Ş.Əliyev DİN-in Baş Mühafizə İdarəsinin sabiq rəisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-mayor Yaşar Əliyevin qohumudur.