- Göz önü
- 5 Mart 2025 15:15
- 5 703
İlahə Hüseynova: BQXK-nın nümayəndəliyini bağlaması müraciəti ilə bağlı Azərbaycan hakimiyyət orqanları ilə əlaqə saxlayırıq
Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyini bağlamaq niyyəti haqda BQXK-yə məlumat verib.
Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
O qeyd edib ki, hazırda hakimiyyət orqanları ilə əlaqə saxlayırlar: "Bu dialoq bizim konfidensial və ikitərəfli dialoqumuzun bir hissəsidir".