- Göz önü
- 13:33
- 1 047
Nazirlik rəsmisi: Normativ hüquqi aktlarda fəxri adların verilməsi məsələsi hələ də qüvvədədir

Fəxri adlar haqqında normativ hüquqi aktlarda onların verilməsi məsələsi hələ də qüvvədə qalır.
Bu fikirləri "Report"a müsahibəsində mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov deyib.
Oleq Əmirbəyov son illərdə adların verilməsində müəyyən fasilə olduğunu da diqqətə çatdırıb:
"Bu adlar sənət adamlarına daha çox stimulverici bir təltifdir. Adların doğru ünvana çatıb-çatmaması müzakirəsinə gəlincə isə, Fəxri adlar haqqında əsasnamə var və orada adların hansı prinsiplər əsasında verilməsi yazılıb. Amma aktyor daha çox yaradıcılığını düşünməlidir. Fəxri ad üçün, mükafat üçün, medal üçün çalışmamalıdır", - müşavir əlavə edib.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.