Azər Allahverənov: Azərbaycan Milli QHT Forumu ictimai şuraların sağlamlaşdırılmasında maraqlıdır

Azərbaycan Milli QHT Forumu ictimai şuraların da sağlamlaşdırılmasında maraqlıdır.

Bunu İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Allahverənov Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin bir illik fəaliyyətinə dair ictimai hesabat xarakterli mətbuat konfransında deyib.

A.Allahverənov yeni mühitdə ictimai şuralarla əlaqədar neqativ halların kəskin azaldığını vurğulayıb:

"Biz müxtəlif qurumlar yanında olan ictimai şuralarla müntəzəm şəkildə görüşlər təşkil edirik, onların öz aralarında da körpülər qururuq. 2024-cü ildən bu yana formalaşmış ictimai şuraların hər birinin sırf sahəyə uyğun profil təşkilatlardan ibarət olması aydın sezilir. Bu, əvvəllər arzu idi, indi reallıqdır".