- Göz önü
- 11:43
- 2 231
Məleykə Abbaszadə: Gələn ildən şikayətlərə baxılma proseduru sərtləşdiriləcək

İmtahan nəticələrinin yoxlanılması ilə bağlı süni intellektin elementlərindən istifadə olunur.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hər işdə süni intellektin tətbiqi mümkün deyil:
“Bu məsələdə addım-addım irəliləyirik. Müəyyən proseslərdə süni intellekt istifadə edilir, amma yoxlama prosesində yalnız süni intellektin tətbiqi barədə danışmaq tezdir”.
DİM sədri eyni zamanda təhsil ekpertlərini qiymətləndirmə prosesində iştirak etməyə dəvət edib:
"Qiymətləndirmə prosesində minlərlə müəllim iştirak edir, hər sualı 2 ekspert, bir yazı işini 20 nəfər yoxlayır. İki müəllimin qiyməti üst-üstə düşməyəndə yenidən yoxlanılır. Ümumilikdə proses çox mürəkəbdir. Bununla bağlı mediatur təşkil edəndə cəmi 2 ekspert gəlmişdi. Çünki onlar feysbukda çox məşğuldur”.
M.Abbaszadə həmçinin əlavə edib ki, gələn ildən əsası olmayan şikayətlərə baxılmayacaq:
"Çünki bu iş üçün resurslarımız istifadə olunur. Bu səbəbdən növbəti ildən şikayətlərə baxılma proseduru sərtləşdiriləcək. Ekspertlər də vicdanlı olmalıdır. Bilmirəm onlara ekspert adın kim verib, hansı ali təhsil müəssisəsini bitirib, ümumiyyətlə hər hansı beynəlxalq layihədə iştirak edibmi? Müəyyən qruplar var ki, məşhurlaşmaq üçün belə çıxışlar edir”.
AzNews.az