- Göz önü
- 30 May 13:45
- 2 456
Zahid Oruc: Keçən il 639 nəfər özünü öldürüb

2024-cü il ərzində rayon prokurorluqlarinda 639 özünü öldürmə hadisəsi qeyda alınıb, onlardan 498-i kişi, 141-i qadın olub.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatın müzakirəsi zamanı deyib.
Deputat Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatların diqqətə çatdırıb:
"ÜST-nın məlumatlarına əsasən, dünyada ən çox intihar hadisəsi Avropa ölkələrində baş verir. Litvada və Rusiyada hər 100 min nəfərə 31 intihar, Belçikada isə hər 100 min nəfərə 20.7 intihar baş verir. Ölkəmizdə əhalinin hər 100 min nəfərinə düşən intiharların sayı orta hesabla 6.3 fakt təşkil edir. Ona görə də problemin dərindən təhlili və beynəlxalq mənzərədə baxılması daha düzgün siyasət üçün imkanlar verəcəkdir. Digər fakt isə, məlumatda göstərilir ki, Azərbaycanda 18 yaşadək qızlar dünyaya 1279 uşaq gətirib. Dəhşətli statistikadır. Çünki özləri uşaq olanların övlad dünyaya gətirilməsinə yol açan səbəblər və subyektlərin toplusunu, tədbirlər və cəzalar sisteminə yenidən baxılması uşaqlara ölüm və fiziki xəsarətlər gətirən bəlaya qarşı mübarizə üçün təsirli ola bilər. Bölgələr üzrə və sosial statusları əsasında mövcud mirasın aradan qaldırılması üçün qərarlar verilə bilər".