Baş Prokurorluğun rəsmisi: Rusiyada azərbaycanlılara işgəncələrin verilməsi beynəlxalq hüququn pozulmasıdır

Rusiyada yaşayan azərbaycanlıların hüquqları pozulub.

Bunu Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Samirə Nəcəfzadə iyulun 2-də Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlılara işgəncələrin verilməsi beynəlxalq hüququn pozulmasıdır:

"Beynəlxalq müqavilələrlə işgəncələr qadağan edilib. Azərbaycan Avropa İnsan Haqları Konvensiyasının üzvü olsa da, Rusiya bu konvensiyadan çıxıb. Orada yaşayan azərbaycanlıların hüquqları pozulub".