Allahşükür Paşazadə Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyasında iştirak edir

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir.

Aznews.az xəbər verir ki, qanvermə aksiyasında QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı dini icmaların nümayəndələri və deputatlar iştirak edir.

Qeyd edək ki, ölkə üzrə ümumilikdə 22 məscid və ziyarətgahda, 15 tibb müəsisəsində qanvermə aksiyası təşkil olunub.