Mirşahin yubiley medalını paylaşdı - FOTO

"Bu medal yalnız mətbuatımızın tarixi yaddaşı, xatirəsi deyil. Prezident İlham Əliyev tarixin ərazi bütövlüyünün bərpa prosesini həyata keçirir. Bu medalın simvolizə etdiyi 150 yaş o deməkdir ki, bu tarixdən gəlib keçən hər bir müxbir həm də Həsən bəy Zərdabiylə, onun “Əkinçi”si ilə bir yerdədir".

Bu barədə tanınmış telejurnalist Mirşahin Ağayev öz Facebook səhifəsində paylaşım edib. O, yazıb: "Bayramımız mübarək, Zərdabidən bu günədək bütün olanlar, bütün olmuşlar, bütün olacaqlar! Sağ olun, cənab Prezident, bizə verdiyiniz dəyərə görə təşəkkür edirəm"!

Mirşahin təltif edildiyi "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalının fotosunu da paylaşıb.