- Göz önü
- 25 İyul 15:09
- 1 759
Corc Dik: İsrailin yeni səfiri qarşısında ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi vəzifəsi dayanır

Son altı il ərzində İsrail və Azərbaycan ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli irəliləyişə nail olub.
Bunu diplomatik missiyasını başa vurmadan əvvəl son brifinqi zamanı İsrailin Azərbaycandakı səfiri Corc Dik jurnalistlərə bildirib.
O vurğulayıb ki, müasir İsrail-Azərbaycan münasibətləri dərin diversifikasiya ilə xarakterizə olunur və təkcə enerji və təhlükəsizlik kimi strateji sahələri deyil, həm də fəal inkişaf edən biznes əlaqələrini əhatə edir.
"2023-cü ildə Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması iki ölkə münasibətləri üçün mühüm mərhələ və böyük nailiyyət olub", - diplomat qeyd edib.
C.Dik xüsusilə vurğulayıb ki, tezliklə Bakıya gələcək İsrailin yeni səfiri Ronen Krausun qarşısında duran prioritet vəzifə dövlətlər arasında ticari-iqtisadi əlaqələrin əhəmiyyətli şəkildə möhkəmləndirilməsidir.
Diplomat, həmçinin İsrail şirkətlərinin Azərbaycanda iştirakının artacağına ümid etdiyini bildirib və xüsusilə onların Qarabağ regionun bərpası və inkişafı üzrə genişmiqyaslı layihələrdə iştirak perspektivlərini vurğulayıb.
Report