- Göz önü
- 29 İyul 12:27
- 1 708
Magistratura səviyyəsi üzrə xaricdə təhsil proqramının nəticələri yaxın günlərdə açıqlanacaq

Magistratura səviyyəsi üzrə xaricdə təhsil proqramının nəticələri yaxın günlərdə açıqlanacaq.
Bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, nəticələr hazırda emal prosesindədir.
Qeyd edək ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na bakalavriat və doktorantura səviyyələri üzrə qəbul nəticələrinin ilkin siyahısına görə 125 nəfər namizəd bakalavriat səviyyəsi üzrə, 19 nəfər namizəd isə doktorantura səviyyəsi üzrə olmaqla, müvafiq Seçim Qaydalarına aid meyarlara uyğun olaraq ümumilikdə 144 nəfər proqram iştirakçısı adını qazanıb.
AzNews.az