- Göz önü
- 9 Oktyabr 14:47
- 2 507
Xalq artisti Əminə Yusifqızı vəfat edib

Xalq artisti Əminə Yusifqızı vəfat edib.
Bu barədə Əməkdar artist Saleh Bağırov məlumat verib.
Qeyd edək ki, Əminə Yusifqızı 1936-cı ildə Bakıda doğulub.
Azərbaycanda fəaliyyət göstərən bir sıra teatrda, eləcə də "Azərbaycanfilm" kinostudiyasında çalışıb. 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb. 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən, "Şöhrət" ordeni ilə təltif edilib. O, daha çox dublyaj və səsləndirmə sahəsindəki fəaliyyətləri ilə şöhrət qazanıb.
AzNews.az