- Üçüncü sektor
- 16 Avqust 2019 14:33
- 10 619
Sibel Canın qızı Melisa şirkət qurdu
O, həmçinin anasının sosial media hesablarını idarə edir
Londonda rabitə sahəsində təhsil alan müğənni Sibel Canın qızı Melisa Ural bu il universitetin son kursunda oxuya-oxuya bir yandan da iş dünyasına addım atıb.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Melisa Ural bir rəfiqəsi ilə birlikdə şirkət qurub. Bir neçə firmanı özündə cəmləyən şirkət sosial media və digital dünyada xidmət göstərəcək.
Melisa eyni zamanda anası Sibel Cana aid sosial media hesablarını da idarə edir.
Səidə Vahid
AzNews.az