- Üçüncü sektor
- 22 Avqust 2019 09:22
- 5 599
Tarantino ilk dəfə ata olacaq
Uşağın cinsi və hamiləliyin müddəti dəqiqləşdirilmir
Amerikalı rejissor Kventin Tarantino ilk dəfə ata olacaq.
Bu barədə “People” xəbər verir.
Qeyd olunur ki, rejissor öz sevgilisi, aktrisa Daniel Pik ilə 2009-cu ildə “Şərəfsiz biçlər” filminin çəkilişlərində tanış olub. Cütlük 2017-ci ildə nişanlanıb, bir il sonra isə evlənib.
Bu, 56 yaşlı Tarantino və onun 35 yaşlı həyat yoldaşının ilk övladıdır.
Uşağın cinsi və hamiləliyin müddəti dəqiqləşdirilmir.(oxu.az)
AzNews.az