Onun köməyinə Özyağcılar çatıb Onun köməyinə Özyağcılar çatıb

Hamilə aparıcının çimərlikdə halı pisləşdi

Onun köməyinə Özyağcılar çatıb

Altı aylıq hamilə olan aparıcı Ece Vahapoğlu Bodrum tətilinə davam edir.

AzNews.az xəbər verir ki, oğlan uşağı gözləyən gələcək ana dünən çimərlikdə hamını qorxudub.

Bir anda ürəyi bulanan qadının halı pisləşib.

Aparıcının halının pisləşdiyini görən məşhur aktyor Erdal Özyağcıların qızı Zeynep Özyağcılar atasına xəbər verib.

Aktyor soyuqqanlı davranıb, öncə Ece Vahapoğlunu sakitləşdirib, sonra bir az zəncəfil alıb gəlib. O özü zəncəfil, darçın, limon və qərənfili qarışdıraraq qaynadıb. Suyunu da hamilə aparıcıya içirib.

Daha sonra Ece Vahapoğlu ürəkbulanmasının keçdiyini deyib.

Səidə Vahid

AzNews.az

image description