- Üçüncü sektor
- 26 Avqust 2019 11:54
- 14 785
Hacı Nuran Röya Ayxana evlilik təklif etdi: “Bir tərəfdə o, bir tərəfdə mən yatırdım”- ŞOK
"Deyir ki, evlənək"
Əməkdar artist Röya Ayxan aparıcı Hacı Nuranla “Hər şey daxil” verilişində qonaq olub.
AzNews.az xəbər verir ki, verilişin aparıcısı Tarix (Tolik) Əliyevin “Adamın Hacı kimi yarı ola” sözünə əməkdar artist yarızarafatla Hacı Nuranın ona evlənmə təklif etdiyini deyib:
“Hacı mənə evlənmə təklif etdi. Deyir ki, evlənək. Bilirsən, niyə evlənmirəm? Çünki Hacı evə gəlmir. Ancaq evə yatmağa gəlir. Avropa Oyunlarında səfir olan zaman rayonları gəzirdik. Maşında bir tərəfdə o, bir tərəfdə mən yatırdım”.
Əməkdar artist oğlu Hüseynin pəhriz saxladığını da deyib: “Hüseyn anadan olarkən beş kq olub. Hazırda pəhriz saxlayır, 57 kq-dır. Onların tayfası belədir, əmilərinə, babasına oxşayıb. Çörəyi qazanların altında gizlədir, sonra yeyir”.
Qeyd edək ki, Röya Ayxan Anar Cəlilovla evli olub. Cütlüyün bir oğlu var.
Rəqsanə
AzNews.az