- Üçüncü sektor
- 26 Avqust 2019 14:30
- 13 998
Sevda Sanalıyeva bu paylaşımı ilə 2-ci həyat yoldaşını qısqandırdı - FOTO
Müğənni Cəmil adlı şəxslə ailəli olub
Bir müddət əvvəl ikinci evliliyinə son qoyan Sevda Sanalıyeva sosial şəbəkədə paylaşımı ilə hər kəsi təəccübləndirib.
AzNews.az xəbər verir ki, o, İnstagramda foto paylaşaraq “Nə gözəldir. Güllərin sahibinə təşəkkür edirəm. Sürprizləri sevirəm də...” şərhini yazıb.
Şəbəkə istifadəçiləri “Həyat yoldaşını qısqandırır”, “Onda belə çıxır ki, efirlərə həyat yoldaşınızla çıxarkən yalandan rol oynayırdınız ki, xoşbəxtəm. Uşaqlarımın atası, bizi kimsə ayıra bilməz” və s. şərhlər yazıblar.
Qeyd edək ki, Sevda Sanalıyeva ikinci həyat yoldaşı Cəmildən boşlanıb. Cütlüyün iki övladı var.
Rəqsanə
AzNews.az