- Üçüncü sektor
- 27 Avqust 2019 12:30
- 13 689
Lüks şəhərləri gəzən Zamiq Hüseynov: Şəhəri hər kəs maşınla, avtobusla gəzir, mən isə… - FOTO
Barselona sakinləri bizə və Türkiyəyə yaxındır
Məşhur müğənni Zamiq Hüseynov AzNews.az-ın "Gəl, Danış" layihəsində qonaq olub.

- Zamiq bəy, Türkiyə, Fransa və İspaniyada istirahət etdiniz. İstirahət üçün niyə məhz bu ölkələri seçdiniz?
- Parisə iş üçün getmişdim. Barselona isə mənim çox sevdiyim şəhərlərdən biridir. Artıq dördüncü dəfədir ki, oraya gedirəm. Əlbəttə ki, İstanbul da sevdiyim şəhərlərdəndir. Hər il Barselonanı səyahət etmək istəyirdim. Ümumiyyətlə, Avropa turunu sevirəm. Avropanın bir neçə şəhəri var ki, oraya təkrar getmək istərdim. Məsələn, Monte-Karlo, Nitsa və s. oraya bir neçə dəfə getmişəm. Dəniz, təbiət, gül-çiçəklər və s.
- Bu üç ölkədən ən yadda qalan və unudulmaz istirahətiniz hansı ölkədə baş tutdu və hansı özəllikllərini qeyd edə bilərsiniz?
- Qeyd etdiyim kimi ən çox sevdiyim şəhər Barselonadır. Oranın gözəlliyi məni valeh edir. Hər addımbaşı gözəlliyin şahidi olursan. Orada hər kəs şəhəri maşınla, avtobusla gəzir, mən ayaqla gəzdim. Beləliklə, ən yadda qalan istirahətim Barselona oldu.

- Hər üç ölkənin fərqli və oxşar tərəflərini qeyd edə bilərsiniz?
- Məncə oxşar tərəfləri yoxdur. Amma Barselona sakinləri bizə və Türkiyəyə yaxındır. İnsanları çox aktivdir. Gecə saat 3-də nə istəyirsən tapa bilirsən. Məkanlar açıq olur. Camaat küçədə qaynaşır. İnsanlar bir-birinə mehribandırlar və isti münasibət göstərirlər. Mənim üçün bina tikilişinə görə də ən gözəl şəhərdir. Parisi də çox sevmirəm, insanları çox soyuqqanlıdırlar. Orada dəfələrlə olmuşam. Amma Fransanın bir hissəsi var ki, mənim xoşuma gəlir və gözəldir. İstanbul isə mənim üçün ikinci vətəndir. Özümü orada doğma hiss edirəm. Bu üç ölkə tamamilə fərqlidir. Sadəcə dediyim kimi Barselonada insanlar bir az bizə yaxındır.
- İstirahət zamanı hansı kateqoriyalı otellərə üstünlük verirsiniz?
- Mən sizə deyim ki, dəfələrlə Avropada olmuşam. Dörd ulduz, beş ulduzlu otellərdə də qalmışam. Bu mənim üçün çox da önəm daşımır. Çünki gəzməyə üstünlük verirəm. Ora yatmağa gedirəm. Sadəcə olaraq yatağım rahat olsun.
- Getdiyiniz ölkələrdə ən bahalı restoran, ən bahalı menyu, ən bahalı oteli açıqlaya bilərsiniz?
- Mən elə şeyləri danışmağı sevmirəm. Otelin qiyməti və menyu yadıma gəlmir. Sadəcə onu deyə bilərəm ki, Paris bahalı şəhərdir.
- Hansı ölkənin mətbəxindən ilk dəfə istifadə etdiniz?

- Parisə gedən kimi Çin mətbəxinə üz tutdum. Çin, yapon mətbəxini çox sevirəm. Doğrudan da dəniz məhsullarını çox sevdiyim üçün onların mətbəxinə üstünlük verirəm.
- İstirahət etdiyiniz ölkələrdə sizi ilk təəccübləndirən nə oldu?
- Təəccübləndirən elə bir şey olmayıb. Amma gözəlliklərə heyran oluram.
- İstirahətinizə minumum və maksimum nə qədər pul xərclədiniz?
- Onları da deyə bilmərəm. Çünki elə şeyləri danışmağı sevmirəm.
- Yay davam edir. Yenidən hansısa ölkəyə getməyi düşünürsünüz?
- Artıq istirahətə getməyi planlaşdırmıram. Çünki işlərim çoxdur. Mənə elə gəlir ki, yetərincə istirahət elədim. Artıq öz işlərimi görməliyəm.
Rəqsanə
AzNews.az