- Üçüncü sektor
- 29 Avqust 2019 21:10
- 7 809
Dünya şöhrətli müğənni ilə duet oxuyan azərbaycanlı müğənni klipini təqdim etdi
Azərbaycanlı müğənni, prezident təqaüdçüsü Emin Eminzadə Türkiyədə məşhur Azərbaycanın sevilən mahnısı"Ayrılıq" mahnısına çəkilən klipini təqdim edib
AzNews.az xəbər verir ki, mahnının aranjimanı türk müğənnisi Sərdar Ayyıldıza məxsusdur. Klipdə vokalist Nigar Cəfərova da rol alıb. Emin Eminzadə Qazaxıstanda keçirilən "Qızıl mikrofon" müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Elia Catalano və 2012-ci İspaniyada təşkil olunan "Opus" müsabiqələrində iştirak edib. O, Bakıda məşhur İtaliya müğənnisi Robertino Loretti ilə eyni səhnəni bölüşərək onunla "Jamayka" və "O Sole Mio" kompozisiyasını duet oxuyub. Dünya şöhrətli ulduz bu ifadan sonra Eminzadəni "Azərbaycanın Robertinosu" adlandırıb. O, hətta ABŞ-da tələbə mübadiləsi proqramı üzrə təhsil almaq üçün təqaüd qazanmağa müvəffəq olub və Texasda təhsil alıb. Emin Eminzadə daha sonra Amerika Musiqi və Dram Akademiyasına daxil olub və oranı bitirib. Hazırda gənc müğənni Azərbaycanda, Türkiyə və ABŞ-da karyerasını davam etdirir. Müğənninin adı "Azərbaycanın gənc ifaçılarının qızıl kitabı"na düşüb.
AzNews.az