Festivalda Türkiyə, Rusiya, Ukrayna, Almaniya, Braziliya və Çin təmsilçiləri iştirak edirlər Festivalda Türkiyə, Rusiya, Ukrayna, Almaniya, Braziliya və Çin təmsilçiləri iştirak edirlər

Bakıda Beynəlxalq Caz Festivalı davam edir

Festivalda Türkiyə, Rusiya, Ukrayna, Almaniya, Braziliya və Çin təmsilçiləri iştirak edirlər

Oktyabrın 26-da Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində “Rotunda Jazz Club”da Azərbaycandan olan duetin - Tural Rafael və Sultan Hüseynin konserti təşkil edilib. Musiqiçilər populyar caz-hitləri və müəllif kompozisiyalarını ifa ediblər.

Hər il təşkil olunan Bakı Caz Festivalı bu il oktyabrın 18-27-dək keçirilir. Festivalda Türkiyə, Rusiya, Ukrayna, Almaniya, Braziliya və Çin təmsilçiləri iştirak edirlər. Festival çərçivəsində bir sıra konsertlər, ustad dərsləri, kino nümayişləri və s. təşkil olunub. Festivalın bədii rəhbəri – tanınmış caz saksofonçusu, Azərbaycanın Əməkdar artisti Rain Sultanovdur.

AzNews.az