- Üçüncü sektor
- 29 Noyabr 2019 21:46
- 4 206
Keçmiş kraldan ayrılan model 28 kiloqram arıqladı - FOTO
"Bu qədər arıqlamağımın səbəbi stressdir"
Malayziyanın keçmiş kralı V Məhəmməddən ayrılan “Miss Moskva -2015” qalibi Oksana Voyevodina 28 kiloqram arıqlayıb.
Rusiya mediası xəbər verir ki, doğuşdan əvvəl 84 kiloqramadək kökələn model bu çəkini son 6 ayda atıb. Oksana bu qədər arıqlaya bildiyinə inanmadığını deyib:
"Hamiləliyim vaxtı 25 kiloqram kökəlmişdim. Böyrəyimlə bağlı da problemim var idi. Ayaq ölçüm 38-dən 40-a artmışdı. Hazırda çəkim 53-54 kiloqramdır. Əlbəttə bu qədər arıqlamağımın səbəbi stressdir”.
Xatırladaq ki, Oksananın oğlu dünyaya gəlsə də, bu, keçmiş kralın ondan boşanmasına mane ola bilməmişdi. V Məhəmməd hətta modellə evləndiyinə və taxt-tacından məhrum olduğuna görə peşman olduğunu açıqlamışdı.(qafqazinfo.az)
AzNews.az