Agentlikdə həssas qruplarla çalışan QHT sədrləri ilə görüş keçirildi

Yanvarın 18-də QHT-lərə Dövlət Dəstəyi Agentliyində şəhid ailələri, müharibə iştirakçıları ilə işləyən bir qrup QHT nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və Agentliyin digər məsul şəxsləri iştirak edib.

Aparılan müzakirələrdə 25-ə yaxın QHT təmsilçisi müxtəlif təkliflər səsləndirib, müvafiq qeydlər götürülüb, suallar cavablandırılıb.

Müxtəlif profil üzrə QHT-lərlə analoji görüşlər davam etdiriləcək.

image description image description image description