- Tribuna
- 25 Yanvar 2019 18:01
- 4 464
Professordan çağırış: “Dağıdıcı mitinqlərə rəvac verməyin!”

"Onlar bu məkirli niyyətlərini qrant almaq naminə həyata keçirmək istəyirlər".
"Azərbaycanda qarşıdurma və xaos yaratmağa cəhd edənlər xaricdən maliyyələşən adamlardır. Onlar bu məkirli niyyətlərini qrant almaq naminə həyata keçirmək istəyirlər".
Xəbər verdiyimiz kimi, bu ilin yanvarın 19-da radikal müxalifət partiyaların və onların ətrafında olan təşkilatlarin mitinqi baş tutdu. Və heç şübhəsiz ki, bu aksiya onların bir daha zəifliyini, cəmiyyət tərəfindən dəstəklənmədiyini nümayiş etdirdi.
Müxalifət başçılarının və funksionerlərinin çıxışları göstərdi ki, onlar cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər yenidən təkrarlandı. Müxalifətin birləşmiş qüvvələrinin "Məhsul mitinqi” internet resurslarında az qala şəksiz qələbə kimi təqdim olunur. Halbuki mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi. Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı.
Heç kimə sirr deyil ki, mitinq yalnız yerli çağırışlarla başa gəlməmişdi. Xaricdəki anti-Azərbaycan dairələr tərərfindən idarə olunan ünsürlər mitinqə çağırış edirdilər. Və beləliklə, son mitinq Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan anti-Azərbaycan qüvvələri ilə birlikdə təşkil etdiyi ortaq tədbir idi.
AXC-nin şinelindən çıxmış və bu gün də müxalifət postunu zəbt etmiş şəxlərin çıxışları, irəli sürdükləri iddialar bir daha təsdiq etdi ki, onlar hələ də revanşizm ab-havasındadırlar, dağıdıcılıq, sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindən əl çəkməyiblər.
Yanvarın 19-da baş tutan uğursuz mitinqdən sonra, yanvarın 20-də Şəhidlər Xiyabanında radikal müxalifət və onun başçılarının simasızlığı, başıpozuqluğu bir daha aydın şəkildə özünü büruzə verdi. Bu insanlar normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətində deyillər. Çünki hələ də 1990-cı illərin qaraguruhçuluq ab-havası ilə yaşayırlar.
Bütün bunlar onu deməyə əsas verir ki, yanvarın 19-20-si baş verənlər müvafiq dövlət orqanları tərəfindən araşdırılmayınca və ona qiymət verillməyincə dağıdıcı qrupların kütləvi aksiya təşkil etməsi imkanları məhdudlaşdırılmalıdır.
Ehtimal etmək olar ki, Əli Kərimli və onun başıpozuq, marginallaşmış dəstəsi bunu hakimiyyətin qorxması kimi qələmə versin. Sual oluna bilər, hakimiyyət uzun müddət təbliğat aparıb, bütün güclərini səfərbər edib meydana cəmi 3 minə yaxın adam yığa bilən siyasətbazlardan niyə qorxmalı və çəkinməlidir?! Kim iddia edə bilər ki, bu kimi qabiliyyətsiz, gücsüz, aciz adamlar və onların ətrafındakılar hakimiyyətə alternativ ola və güc nümayiş etdirə bilərlər
Vəziyyəti dəyərləndirən görkəmli jurnalist, BDU-nun professoru Cahangir Məmmədli bunları deyib:
"Mən kifayət qədər müstəqil adamam. Ola bilər kimlərsə, məndən narazı qalsınlar. Amma deyim ki, indiki məqamda dünyanı xaosa sürükləyən cəhdlər var. Bu gün Azərbaycanın inkişafını gözü götürməyən, nəinki adamlar var, hətta belə dövlətlər də mövcuddur. Belə bir şəraitdə Azərbaycanda yenidən xaos yaratmaq cəhdi məni çox narahat edir. Hətta yanvarın 19-da baş tutan aksiya zamanı Allaha yalvardım ki, hər şey sakitçiliklə keçsin. Ona görə ki, 1990-cı illərdə AXC-Müsavat hakimiyyəti dönəmində bu ölkənin necə xaosa sürükləndiyini görmüş adamlardanam. Həmin vaxt keçirdiyim hissələri Allah heç kimə göstərməsin.
Yenidən o xaosa, qarmaqarışıqlığa qayıtsaq, inanmıram ki, Azərbaycan bir daha dirçələ bilsin. Məni öz ailəmdən də qabaq, Azərbaycanın taleyi maraqlandırır və narahat edir. Bu xalqın, bu torpağın, bu vətənin taleyinə etinasız yanaşmaq məni hiddətləndirir. Yaxşı mənə bu sualları verdiniz. Ürəyimi boşaltmaq üçün, bir ağsaqal kimi, bir ziyalı kimi səsimi xalqa çatdırmaq üçün məqam axtarırdım. bütün tələbələrimi, tanışlarımı, mənə inanan və məni normal adam sayan hər kəsə səslənirəm ki, o mitinqlərə rəvac verməyin! Yanvarın 19-dakı dağıdıcı mitinqdən sonra 20 yanvar günü də siyasi təxribata əl atdılar, insanları itaətsizliyə çağırdılar. Məzh ona görə də, 26 yanvara təyin edilən mitinqə icazənin verilməməsinə çox sevindim. Xaos və itaətsizliyin tamamilə əleyhinəyəm".
Azərbaycanda qarşıdurma, qarışıqlıq və xaos yaratmağa cəhd edənlərin xaricdən maliyyələşdiyini söyləyən professor, onu da əlavə edib ki, bütün bu məkirli oyunlar qrant arxacınsa qaçan admların işdir:
"Baxın, özünü dünyaya demokratiya beşiyi kimi təqdim edən Fansada, aləm qarışıb. Amma "Euronews"kanalı məlumatı elə verir ki, guya Fransada yalnız 5-3 nəfər küçəyə çıxıb və heç bir cidd gərginlik yoxdur. Halbuki "sar jilet"lilər mağazaları dağıdırlar, maşınları yandırırlar. Binaların şüşələrini qırırlar. Buna rəğmən xarici media bunu ört-basdır etməyə çalışır. Venesuelada yaşanan hadisələrə baxıram.
Bu ölkə dağılmaq üzrədir. Allah ölkəmizdən uzaq eləsin. Bizdə də belə bir xaotik vəziyyət yaranarsa, bizi müdafiə edənlər çox az olacaq. Və xaricdən maliyyələşən adamların kefi kök olacaq. Bu mənada xaricdən maliyyə yardımı alıb, Azərbaycanda xaotik vəziyyət yaratmaq istəyənlərə də bir ağsaqqal , bir müəllim kimi, səslənirəm ki, Azərbaycanı xaosa sürükləməsinlər. Çünki bizi müdafiə edənlər az, tərəqqimizi, müstəqillik və sabitliyimizi istəməyən qüvvələr çoxdur".(sherg.az)
© AzNews.az