Azərbaycanda minimum əmək haqqı iki dəfə artırılmış oldu Azərbaycanda minimum əmək haqqı iki dəfə artırılmış oldu
  • Tribuna
  • 19 İyun 2019 09:55
  •  4 409

Aydın Mirzəzadə İlham Əliyevin inqilabi sərəncamlarını şərh etdi

Azərbaycanda minimum əmək haqqı iki dəfə artırılmış oldu

“Maaş artımı Azərbaycan üzrə orta əmək haqqının da müvafiq olaraq xeyli artmasına gətirib çıxaracaq".

AzNews.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə prezident İlham Əliyevin minimum əmək haqqının artırılması ilə bağlı inqilabi sərəncamlarını şərh edərkən deyib:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkədə minimum əmək haqqı sentyabr ayının birindən 250 manat oldu. Yada salım ki, ilin əvvəlindən bu məbləğ 130 manat idi, martın birində 180 manata qaldırıldı. Beləliklə, ilin əvvəlindən Azərbaycanda minimum əmək haqqı iki dəfə artırılmış oldu. Bundan başqa cənab prezidentin elə indicə imzaladığı sərəncamlarla dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların işçilərinin, hərbi qulluqçuların, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları və bir sıra digər təşkilatların işçilərin əmək haqqı 40 faiz artırılıb”.

Aydın Mirzəzadə qeyd edib ki, əmək haqqlarının aratırılması ilə bağlı sərəncamlar imzalanmaqda davam edir:

“Bu faktiki olaraq milyonlarla vətəndaşlarımızın gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Maaş artımı Azərbaycan üzrə orta əmək haqqının da müvafiq olaraq xeyli artmasına gətirib çıxaracaq. Cənab prezident dəfələrlə öz çıxışlarında əmək haqqlarının artacağını elan etmişdi və onun apardığı siyasət növbəti dəfə sadə vətəndaşın rifahında öz nəticəsini konkret olaraq göstərir”.

Bahar RÜSTƏMLİ

AzNews.az