Bu addımlar təqdirəlayiqdir və müsbət tendensiyanın davamından xəbər verir Bu addımlar təqdirəlayiqdir və müsbət tendensiyanın davamından xəbər verir
  • Tribuna
  • 19 İyun 2019 11:50
  •  2 634

"Bu sərəncamdan 700 min insan yararlanacaq"

Bu addımlar təqdirəlayiqdir və müsbət tendensiyanın davamından xəbər verir

“700 minə yaxın insanın bu sərəncamdan yararlanması gözlənilir”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa prezident İlham Əliyevin minimum əmək haqqının və maaşların artırılması ilə bağlı verdiyi sərəncamlardan danışarkən dedi.

O, bu sərəncamı cəmiyyətin ən aztəminatlı kateqoriyaya aid insanlarına yaşam səviyyəsinin yüksəldilməsinə yönəlik bu addım kimi qiymətləndirdi:

“Ölkə prezidenti minimum pensiyanın məbləğinin 1 oktyabr 2019-cu il tarixindən 160 manatdan 200 manata çatdırılması barədə sərəncam verdi. Burada təxminən 25% artımdan söhbət gedir. Özlüyündə əhəmiyyətli artımdır”.

Fazil Mustafa qeyd etdi ki, əslində ölkəmizdə insanların rifah halının yüksədilməsi üçün hər cür imkanlar mövcuddur:

“Yetər ki, iş yerləri açan, faydalı iqtisadi təşəbbüskarlıq göstərən insanların qarşısında bürokratik maneələr ortadan qaldırılsın, bir sıra sahələrdə rəsmi və ya qeyri-rəsmi inhisarçılığın iqtisadiyyata, xüsusilə də turizmə vurduğu zərərlər obyektiv araşdırılsın. O halda islahatlar prosesi daha da irəli aparıla bilər və qısa vaxtda öz effektini göstərər”.

Bahar RÜSTƏMLİ

AzNews.az