Prezidentin dünən imzaladığı sərəncamlar ölkədə aparılan sosial islahatların gerçək nümunəsidir Prezidentin dünən imzaladığı sərəncamlar ölkədə aparılan sosial islahatların gerçək nümunəsidir
  • Tribuna
  • 19 İyun 2019 13:58
  •  3 141

"Bu sərəncamlar xalqın rifahına xidmət edir”

Prezidentin dünən imzaladığı sərəncamlar ölkədə aparılan sosial islahatların gerçək nümunəsidir

Bu addım ölkədə təhsil sisteminin inkişafına yeni töhfələr verəcək.

Bu sözləri AzNews.az-a açıqlamasında Prezident İlham Əliyevin ötən gün müəllimlərin maaşlarının artırılması ilə bağlı sərəncamına münasibət bildirən millət vəkili Asim Mollazadə deyib:

“Prezidentin dünən imzaladığı sərəncamlar ölkədə aparılan sosial islahatların gerçək nümunəsidir. Xüsusilə də müəllimlərin maaşlarının artılması ilə bağlı sərəncam məni çox məmnun etdi. Bu, Azərbaycanın təhsil sisteminin inkişafına çox böyük təkan verəcək. Eyni zamanda yeni islahatlar üçün imkan yaradacaq".

Millət vəkili ölkə başçısının müvafiq sərəncamlarının xalqın rifahına xidmət etdiyini bildirdi:

“Bununla yanaşı, bir çox sahələrdə çalışan şəxslərin təqaüdlərinin artırılması və müdafiəyə ehtiyacı olan əhalinin böyük bir qisminə Prezident tərəfindən göstərilən dəstək də ölkədə sosial vəziyyətin müsbət istiqamətdə dəyişdirilməsinə şərait yaradacaq. Ümumilikdə bütün bu addımlar xalqın rifahına xidmət edir”.

Xəyalə

AzNews.az