Bu artım sonuncu olmayacaq, ölkə Prezidenti dəfələrlə bildirib ki, vaxtaşırı əməkhaqqı artırılacaq Bu artım sonuncu olmayacaq, ölkə Prezidenti dəfələrlə bildirib ki, vaxtaşırı əməkhaqqı artırılacaq
  • Tribuna
  • 19 İyun 2019 14:20
  •  3 549

“Bundan sonra hərbçi olmaq istəyənlərin sayı artacaq”

Bu artım sonuncu olmayacaq, ölkə Prezidenti dəfələrlə bildirib ki, vaxtaşırı əməkhaqqı artırılacaq

Ötən gün ölkə Prezidenti əməkhaqlarının artırılması ilə bağlı sərəncam imzaladı. Prezidentin imzaladığı sərəncam bir çox sahələri, o cümlədən hərbi sahəni əhatə etdi. Sərəncamla Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılılıb.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, dünənki sərəncamlar Azərbaycan cəmiyyətində müsbtət əks-səda doğurdu.

“Bunların içərində hərbi qulluqçuların əməkhaqlarının 40 faiz artırılması da oldu. Bunun özü göstərir ki, cənab Prezident bütün sahələrdə olduğu kimi, ordu quruculuğuna çox diqqət edir. Hərbi qulluqçuların əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması onları sosial vəziyyətinin yaxşılaşmasına xidmət edəcık. Bundan başqa, onlara mənzil verilməsi, ilin əvvəlində kirayə haqqının artırılması və bu qəbildən olan məsələləri də qeyd etmək lazımdır. Bu gün orduda qulluq etmək, hərbi qulluqçu olmaq şərəf məsələsi ilə yanaşı, yaxşı əməkhaqqı almaq imkanıdır. Qeyd edim ki, bu artım sonuncu olmayacaq, ölkə Prezidenti dəfələrlə bildirib ki, vaxtaşırı əməkhaqqı artırılacaq. Bunların içərisində hərbi qulluqçular öndədir”.

Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu, çoxdan gözlənilən və dünyanın ən nüfuzlu 50 ordusu arasında olan Silahlı Qüvvələrin şəxsi heyətinin sosial vəziyyətinin bir qədər də yaxşılaşmasına yönəlmiş bir addımdır:

“Sözsüz ki, sərəncam zabitlərin və müddətdən artıq xidmət edən hərbi qulluqçuların rifah halını daha da yaxşılaşdıracaq, xidmətin daha da yüksəlməsinə səbəb olacaq. Müxtəlif yanaşmalar var, düşünürəm ki, bu artımların davamı gələcək. Yaxınlarda Silahlı Qüvvələr günü ilə əlaqədar Prezident yəqin ki, hərbçi qulluqçuların mənzil şəraiti ilə bağl da sərəncam verəcək. Tam şəkildə də olmasa, müəyyən qədər insanların problemləri həllini tapacaq. 40 faiz artım kifayət qədər ciddi artımdı”.

Ekspert deyib ki, bundan sonra hərbçi olmaq istəyənlərin sayında artım olacaq:

“2019-cu ilin dövlət büdcəsindən müdafiə sahəsinə 3 milyard 370 min manat ayrılıb. Bu, 2018-ci ildəkindən 4,6 faiz çoxdur. Hərbi elə bir sahədir ki, həm şərəflidir, həm də ağır olmasına baxmayaraq imtiyazlar da çoxdur.Bizim hərbçilərimizin aldığı pensiya bir çox ölkələrdə həsəd aparılacaq qədərdir. 90-cı illərdə bizim arzuladıqlarımız, xəyal kimi gördüklərimiz indi reallaşır. Bu çox sevindirici haldır”.