Müəllimlərin aylıq vəzifə maaşları aşağıdakı kimi hesablanıb Müəllimlərin aylıq vəzifə maaşları aşağıdakı kimi hesablanıb
  • Tribuna
  • 19 İyun 2019 15:12
  •  4 316

Sərəncamdan sonra müəllimlər nə qədər maaş alacaq? - Ekspert açıqladı

Müəllimlərin aylıq vəzifə maaşları aşağıdakı kimi hesablanıb

Təhsil eksperti Kamran Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyunda imzaladığı sərəncamdan sonra müəllimlərin əmək haqqının iş stajı üzrə necə artacağını açıqlayıb.

AzNews.az xəbər verir ki, ekspert dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarını aşağıdakı kimi hesablayıb:

1. Pedaqoji staj 3 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 462 manat oldu (əvvəl 385 manat idi), 77 manat artdı.
2. Pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 496 manat oldu (əvvəl 413 manat idi), 83 manat artdı.

3. Pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 522 manat oldu (əvvəl 435 manat idi), 87 manat artdı.

4. Pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 555 manat oldu (əvvəl 462 manat idi), 93 manat artdı.

5. Pedaqoji staj 18 ildən çox olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 594 manat oldu (əvvəl 495 manat idi), 99 manat artdı.

Kamran Əsədov onu da vurğulayıb ki, müəllimlərin əmək haqqına təsir edən amillərdən biri də məhz elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edənlər, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş şəxslər, ümumi təhsil müəssisələrində istifadə edilən dərslik və ya müəllim üçün metodik vəsaitlərin müəllifləri ilə bağlıdır:

“Yuxarıda sadalanananlardan istənilən biri olduğu halda maaşa 45 manat əlavə olunur. Fəlsəfə doktoru olduğunuz halda 60, elmlər doktoru olanda isə maaşa 100 manat əlavə olunur.

Bahar RÜSTƏMLİ

AzNews.az