İlham Əliyev: Biz gələcəkdə də bu istiqamətdə addımlarımızı davam etdirəcəyik İlham Əliyev: Biz gələcəkdə də bu istiqamətdə addımlarımızı davam etdirəcəyik
  • Tribuna
  • 20 İyun 2019 11:14
  •  3 494

Sözlə əməlin vəhdəti - Ramiz Göyüşov

İlham Əliyev: Biz gələcəkdə də bu istiqamətdə addımlarımızı davam etdirəcəyik

"2018-ci il aprel ayının 11-də keçirilən Prezident seçkiləri ərəfəsində, Yeni Azərbaycan Partiyasının fevral ayının 8-də keçirilən VI qurultayında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev “Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır” deməklə əslində növbəti Prezidentlik dövründə fəaliyyətinin əsas istiqamətlərinin anonsunu vermişdi. 2018-ci il aprel ayının 18-də keçirilən andiçmə mərasimində Azərbaycan Respublikasının Prezidenti bəyan etdi ki, gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaq”.

Bu sözləri AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Prezident İlham Əliyevin minimum əmək haqqının və bir çox qurumlarda çalışan işçilərin maaşlarının artırılması ilə bağlı imzaladığı sərəncamlara münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, 2019-cu ilin ilk aylarındaca Prezident sözlə əməlin vəhdətini nümayiş etdirdi:

"Aparılan islahatların nəticəsində əldə edilən nəticələr çox böyük sosial paketlərin icrasına imkan verdi. Minimum əmək haqqı və minimum pensiyalar 40% civarında, sosial müavinətlər 2 dəfə, məcburi köçkünlərə verilən müavinətlər 50%, tələbələrin təqaüdü, Qarabağ əlillərinə, şəhid ailələrinə verilən müavinətlər artırıldı. Problemli kreditlərlə bağlı məsələlər həll edildi. Çoxsaylı sosial məsələlərlə bağlı mühüm qərarlar qəbul olundu

Ölkə Prezidenti Cənab İlham Əliyev öz çıxışlarında hər zaman qeyd edir ki, biz gələcəkdə də bu istiqamətdə addımlarımızı davam etdirəcəyik.

Budur, Azərbaycan Respublikası Prezidenti tərəfindən atılan növbəti addım, əhalinin sosial problemlərinin həllinə, onların sosial rifah halının yaxşılaşmasına yönəlmiş ikinci bir iri həcimli sosial paket.

Minimum əmək haqqlarının 250 manata qaldırılması, ayrı-ayrı strukturlarda çalışan işçilərin əmək haqqlarının artırılması, müəllimlərin əmək haqqlarının 20% artırılması, minimum pensiyaların 200 manata çatdırılması ilə əlaqədar Milli Məclisə göndərdiyi qanunvericilik təşəbbüsü və s.".

Ramiz Göyüşov qeyd etdi ki, bütün bunlar Cənab Prezidentin sözlə əməlinin vəhdətinin parlaq təzahürüdür.

AzNews.az