Fəzail İbrahimli: Prezident xalqın rifahının yaxşılaşması istiqamətində silsilə tədbirlərini davam etdirəcək Fəzail İbrahimli: Prezident xalqın rifahının yaxşılaşması istiqamətində silsilə tədbirlərini davam etdirəcək
  • Tribuna
  • 21 İyun 2019 10:54
  •  5 966

"İlham Əliyev hər bir ailəyə sevinc gətirən addımlar atır"

Fəzail İbrahimli: Prezident xalqın rifahının yaxşılaşması istiqamətində silsilə tədbirlərini davam etdirəcək

“Prezident İlham Əliyevin islahatlarla bağlı verdiyi sərəncamlarını dəstəkləyirəm”.

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli prezident İlham Əliyevin iyun ayının 20-də imzaladığı kadr islahatları ilə bağlı sərəncamını şərh edərkən deyib.

Image result for fəzail ibrahimli

O, islahatların heç vaxt tükənmədiyini qeyd edib:

“Mənə elə gəlir ki, seçkidə xalqa vədlərini elan edən prezident bütün sözlərinin ağası, sahibi olduğunu bir daha gündəmə gətirdi. Prezident xalqın rifahının yaxşılaşması istiqamətində silsilə tədbirlərini davam etdirəcək. İlham Əliyev hər bir ailəyə sevinc gətirən addımlar atır. İslahatlar bitmir, tükənmir. İslahatlar mərhələlərlə həyata keçirilir. Zamanla ölkədə olan problemlərin həlli istiqamətində ciddi addımlar atılacaq”.

Bahar RÜSTƏMLİ

AzNews.az