Baş Prokuror Zakir Qaralov iki hərbi prokuror təyin edib Baş Prokuror Zakir Qaralov iki hərbi prokuror təyin edib
  • Tribuna
  • 21 İyun 2019 18:19
  •  8 617

Qaralovdan hərbi prokuror təyinatları

Baş Prokuror Zakir Qaralov iki hərbi prokuror təyin edib

Ədliyyə polkovniki Hacıyev Elçin Süleyman oğlu Füzuli hərbi prokuroru vəzifəsinə təyin olunub, bundan əvvəl o, Lənkəran hərbi prokuroru vəzifəsində qulluq keçib.

Digər ədliyyə polkovniki Əhmədov İmran Ələsgər oğlu isə Lənkəran hərbi prokuroru vəzifəsinə təyin olunub, bundan əvvəl o, Bakı hərbi prokuroru vəzifəsində qulluq keçib.

Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev məlumatı təsdiqləyib.(Qafqazinfo)