İyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün bir çox ölkənin nazirləri Azırbaycana səfər edəcək İyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün bir çox ölkənin nazirləri Azırbaycana səfər edəcək
  • Tribuna
  • 28 İyun 2019 18:41
  •  3 147

Bir sıra ölkələrin nazirləri Azərbaycana səfərə gələcək

İyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün bir çox ölkənin nazirləri Azırbaycana səfər edəcək

İyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında Səudiyyə Ərəbistanın Mədəniyyət naziri Şahzadə Bader Bin Abdullah, Bosniya və Herseqovinanın Xarici İşlər naziri Draqan Covic, Kamboca Respublikasının Mədəniyyət və İncəsənət naziri Sackona Foeunq, Özbəkistanın Mədəniyyət naziri Bəxtiyar Sayfullayev, Fil Dişi Sahili Respublikasının Mədəniyyət naziri Kouakou Mauris Bandaman, Tatarıstan Mədəniyyət naziri İradə Eyyubova, İraq Respublikasının Mədəniyyət naziri Əbdüləmir Madhi, Bolqarıstan Mədəniyyət naziri Boil Banov, Pakistan İslam Respublikasinin Mədəniyyət ve Turizm naziri Sayed Sardar Ali Şah, İspaniya Krallığı Kanar Adalarının Mədəniyyət, Turizm və İdman naziri Isak Kasteyano, Myanma İttifaqı Respublikasinin Mədəniyyət və Dini İşlər naziri Ang Ko Tura, Pakistan İslam Respublikasının Pəncab Vilayətinin Təhsil və Turizm naziri Yasir Humayun, Laos Xalq Demokratik Respublikası İnformasiya Mədəniyyət və Turizm naziri Bosenqxam Vondara, Kamerun Respublikasının Meşə Təsərrüfat naziri Ndonqo Jules Doret, Uqanda Respublikası Turizm və Əntiq Əşyalar naziri Əmfraim Kamuntu, Şimali Makedoniya Respublikasinin Diaspora İşlər naziri Edmond Adəmi, Qazaxıstan Respublikasinin Mədəniyyət və İdman naziri Aristanbek Muxamedul iştirak etmək üçün ölkəmizə səfər edəcəkdir.

Bu barədə Mədəniyyət Nazirliyindən Aznews.az-a məlumat verilib.

Qeyd edilir ki, Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında dünyanın 180-dan artıq ölkəsindən 2500 nəfərdən çox nümayəndə iştirak edəcəkdir.