"Aydın məsələdir ki, sabitliyi pozmağa cəhd göstərənlərin Azərbaycan cəmiyyəti və dövlətçiliyi ilə bağlı hər hansı məqsədləri ola bilməz" "Aydın məsələdir ki, sabitliyi pozmağa cəhd göstərənlərin Azərbaycan cəmiyyəti və dövlətçiliyi ilə bağlı hər hansı məqsədləri ola bilməz"
  • Tribuna
  • 28 İyun 2019 22:17
  •  3 704

"Əli Kərimlinin hərəkətləri ittiham olunmalıdır” - MÜNASİBƏT

"Aydın məsələdir ki, sabitliyi pozmağa cəhd göstərənlərin Azərbaycan cəmiyyəti və dövlətçiliyi ilə bağlı hər hansı məqsədləri ola bilməz"

"Artıq bir neçə gündür ki, AXCP sədri Əli Kərimli və partiyanın funksionerləri və fəalları ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu kimi qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə “xeyriyyə marafonu” adı altında müxtəlif çağırışlar irəli sürür, kampaniya təşkil edirlər".

Bunu “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərin görə, AXCP sədri Əli Kərimlinin və ətrafının öz siyasi məqsədlərini həyatı keçirmək üçün xeyriyyəçilik adından istifadə etmələri qətiyyən yol verilməzdir: “Bu halda siyasətin də dəyərləri məhv olub gedir və aşılanır. Beləcə xeyriyyəçilik deyilən bir əməlində çox dəyərli prinsipləri aşılanıb ortadan çıxır. Ona görə də siyasi mənafeylərlə, siyasi məqsədlərlə xeyriyyəçilik dəyərlərini bir-biri ilə əlaqələndirmək və xeyriyyəçilik adı altında siyasi məqsədlər həyata keçirmək cəhdi yolverilməzdir və bütün hallarda nifrətə layiqdir. Konkret halda isə AXCP sədri Əli Kərimlinin saxlanılması məhz “xeyriyyə marafonu” adı altında siyasi məqsədlərinin həyata keçirilməsi ilə bağlı olduğuna görə qətiyyən yolverilməzdir. Düşünürəm ki, bu halda hüquq-mühafizə orqanları lazım olan addımları atdıqlarına görə, müəyyən əsaslara malikdirlər. Bu gün Azərbaycanda möhkəm bir sabitlik var. Bu sabitliyin hazırki şəraitdə pozulması bütün Azərbaycan xalqının və dövlətinin mənafeylərinin ziddinədir. Aydın məsələdir ki, sabitliyi pozmağa cəhd göstərənlərin Azərbaycan cəmiyyəti və dövlətçiliyi ilə bağlı hər hansı məqsədləri ola bilməz. Ona görə də “xeyriyyə marafonu” adı altında əslində sabitliyin pozulmasına yönəlmiş hərəkətlər təqdirəlayiq deyil. Bu hərəkətlər ittiham olunmalıdır”. (SİA)