İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
  • Tribuna
  • 29 İyun 2019 00:00
  •  3 978

Fondun Müşahidə Şurası 25 ictimai-siyasi qəzetə maliyyə yardımı ayırıb

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Şuranın sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq bildirib ki, gündəlikdə Fondun 2019-cu ilin II yarısı üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş sənədlərin müzakirəsi məsələsi dayanır.
Məsələ ilə bağlı məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, 2019-cu ilin ikinci yarısı üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqə iyunun 4-dən 27-dək davam edib. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na əsasən 19 istiqamət üzrə keçirilmiş maliyyə yardımı müsabiqəsinə 26 ictimai-siyasi qəzetdən sənəd təqdim edilib.
V.Səfərli həmçinin, bildirib ki, müsabiqəyə sənəd təqdim edən 25 ictimai-siyasi qəzet indiyə qədər də maliyyə yardımı müsabiqələrində iştirak edib və Fond tərəfindən maliyyələşdirilib. Müsabiqədə yeni iştirak edən "Nedelya" qəzetinin sənədlərində çatışmazlıqlar olduğundan, qəzetə maliyyə yardımının ayrılması məqsədəuyğun hesab edilmir.
İcraçı direktor həmçinin bildirib ki, 2019-cu ilin II rübündə olduğu kimi, ictimai-siyasi qəzetlərin 3 kateqoriyaya (gündəlik, günaşırı və həftəlik) bölünməsini və maliyyələşdirilməsini təklif edilir.
Sonra Müşahidə Şurasının üzvləri yayım və tirajla bağlı təqdim edilmiş sənədlər əsasında geniş müzakirələr aparıblar. Müzakirələr nəticəsində ictimai-siyasi qəzetlərin təklif olunan 3 kateqoriya üzrə maliyyələşdirilməsi məqsədəuyğun sayılıb.
Müşahidə Şurasının üzvləri bu yanaşmanı qəzetlərin mənafeyinə tamamilə cavab verən optimal yanaşma kimi dəyərləndiriblər. Şuranın sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, Əvəz Rüstəmov və Ayaz Mirzəyev Fondun maliyyə yardımının ictimai-siyasi qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin sonunda sənədləri tələb olunan şərtlərə cavab verən 25 ictimai-siyasi (gündəlik, günaşırı və həftəlik) qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib.
Siyahı aşağıdakı cədvəldə təqdim olunur: