"Mən inanıram ki, hüquqlarım bərpa olunacaq" "Mən inanıram ki, hüquqlarım bərpa olunacaq"
  • Tribuna
  • 2 İyul 2019 16:19
  •  4 482

Fuad Abbasov mətbuat konfransı keçirdi - Bəzi detalları açıqladı

"Mən inanıram ki, hüquqlarım bərpa olunacaq"

Rusiyada saxlanılaraq Azərbaycana deportasiya olunan jurnalist Fuad Abbasov Avropa Məhkəməsinə şikayət edəcək.

AzNews.az xəbər verir ki, jurnalist bu gün keçirdiyi mətbuat konfransında bu haqda məlumat verib.

“Bu müddət ərzində çox sayda qanun pozuntusu meydana gəldi. Belə bir təəssürat yarandı ki, sanki Rusiya qeyri-hüquqi dövlətdir. Bütün bunlarla əlaqədar Moskva Vilayət Məhkəməsinə şikayət edilib. Mən inanıram ki, Rusiya Fedrasiyasının adını ləkələməmək üçün məhkəmə bundan öncə alınmış bütün məhkəmə qərarlarını ləğv edəcək və mənim hüquqlarım bərpa olunacaq. Əks təqdirdə, biz Avropa Məhkməsinə şikayət edəcəyik. Bununla təkcə mənə qarşı olan haqsızlığın deyil, eyni zamanda bundan sonra da baş verə biləcək bu cür haqsızlıqların, qanunsuzluqların qarşısını almış olacağıq”, - deyə F.Abbasov bildirib.

Xatırladaq ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi F. Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib. F. Abbasov iyunun 25-də Azərbaycana deportasiya edilib.

Xəyalə

AzNews.az