Azərbaycan insanı üçün hər gün bilik günü olmalıdır Azərbaycan insanı üçün hər gün bilik günü olmalıdır
  • Tribuna
  • 16 Sentyabr 2019 15:36
  •  3 330

Deputatdan təklif: Məktəblərdə Novruz bayramı tətili 3 gün olsun

Azərbaycan insanı üçün hər gün bilik günü olmalıdır

“Bu gün bir daha əmin oldum ki, biz - azərbaycanlılar zamanın tələb etdiyi ağıllı qərarları bir neçə il gecikməklə aldığımıza görə, uduzmuşuq”.

AzNews.az -ın məlumatına əsasən, bunu millət vəkili Fazil Mustafa yeni dərs ilinin sentyabrın 15-də başlanmasından danışarkən deyib. O, qeyd edib ki, dərslərin sentyabrın 1-dən başlaması sadəcə zərurətdir:

“Qoy iyunun 15-dək davam etsin, ancaq buradan da əlavə 15 gün qazanmış olarıq. Onsuz da müəllimlərin hamısı avqustun sonlarından məktəbdə işə cəlb olunurlar. Burada arqument axtarmağa da gərək yoxdur. Qarabağ savaşında məğlub olmuş, milyona yaxın qaçqını olan bir xalqın övladlarının fasiləsiz təhsildən başqa nicatı yoxdur. Hər il itirdiyimiz bu 15-16 gün üst-üstə yığılanda az vaxt etmir. İllərdir xəbərdarlıq etdiyim cəhalət, xurafat dalğası bu ilin mənzərəsini seyr edən çoxlarını artıq rahatsız etməyə başlayıb. Cəhalətin də yeganə alternativi mümkün qədər çox vaxtın təhsilə sərf olunmasıdır. "Bilik günü" ifadəsi də bu vaxt dəyişiminə görə saxta görünür. Azərbaycan insanı üçün hər gün bilik günü olmalıdır, biz bu cür vaxt itikiləri ilə dünya ilə ayaqlaşmada çətinlik çəkəcəyik. Məktəblərdə Novruz bayramı tətilini də 3 gündən artıq etmək vaxt itkisidir. Bu, eyni zamanda alı təhsil müəssisələrinə, kolleclərə də aiddir. Tam məsuliyyətimlə deyirəm, bu 15 gün gecikmə, ardınca da bir həftə adoptasiya ilə bağlı boşuna keçirilən vaxt təhsilin keyfiyyətinə də pis təsir göstərir”.

Bahar RÜSTƏMLİ

AzNews.az