"Bu, sizin yaşınıza,saçınızın rənginə yaraşmaz" "Bu, sizin yaşınıza,saçınızın rənginə yaraşmaz"
  • Tribuna
  • 2 Oktyabr 2019 17:09
  •  11 114

Siz torpaq satanda mən o insanlarla çiyin-çiyinə döyüşmüşəm - Deputat Cəmil Həsənliyə səsləndi

"Bu, sizin yaşınıza,saçınızın rənginə yaraşmaz"

“Siyavuş Novruzov Qarabağ qaziləri haqqında belə ifadələr işlətməz”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın sədri Cəmil Həsənlinin sosial şəbəkədə səsləndirdiyi ittihamlarını şərh edərkən deyib.

Deputat həmin insanlarla vətən uğrunda çiyin-çiyinə döyüşdüyünü qeyd edib:

“Cəmil Həsənli, niyə baş vermiş hadisənin mahiyyətini, sadə həqiqətləri dəyişdirib şər böhtanla məşğul olursunuz? Ən azından bu, sizin yaşınıza,saçınızın rənginə yaraşmaz. Bilənlər bilir ki, Qarabağ döyüşlərində iştirak etmiş Siyavuş Novruzov Qarabağ qaziləri haqqında belə ifadələr işlətməz. Çünki siz hakimiyyətdə oturub torpaq satmaqla məşğul olanda, mən o insanlarla vətən uğrunda çiyin-çiyinə döyüşmüşəm. İstənilən şəxs Google-də axtarış versə görər ki, Siyavuş Novruzovun heç bir mətbuat orqanında bu mövzu ilə bağlı nə bir müsahibəsi, nə də bir kəlməsi belə yoxdur. Təəssüflər olsun ki, öz çirkin niyyətlərinizi həyata keçirmək üçün insanlar arasında ziddiyyət, qarşıdurma, nifaq salmaq, şər-böhtan atmaq sizin adətinizə çevrilib. Xalq hər şeyi çox yaxşı görür. Elə buna görə də sizə etimad göstərmir”.

Bahar Rüstəmli

AzNews.az

image description