Nikol Paşinyana görə Rusiyaının Dağlıq Qarabağ probleminə yanaşmada mövqeyinin dəyişəcəyini düşünmək yanlışdır Nikol Paşinyana görə Rusiyaının Dağlıq Qarabağ probleminə yanaşmada mövqeyinin dəyişəcəyini düşünmək yanlışdır
  • Tribuna
  • 3 Oktyabr 2019 14:58
  •  5 737

Lavrov Azərbaycan torpaqlarının işğaldan azad olunmasını istəsəydi...

Nikol Paşinyana görə Rusiyaının Dağlıq Qarabağ probleminə yanaşmada mövqeyinin dəyişəcəyini düşünmək yanlışdır

"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Nikol Paşinyanın "Qarabağ Ermənistandır",- deməsini Albaniyanın baş nazirinin "Kosovo Albaniyadır",- sözləri ilə eyniləşdirməsinin arxasında dayanan reallıq heç də yenilik deyil. Kremldəkilər Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi görmürlər və görmək də istəmirlər".

AzNews.az xəbər verir ki, bu sözləri millət vəkili Sahib Alıyev özünün Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, hayların özlərinə də bəlli olan bu reallığı açıq şəkildə dilə gətirməklə Rusiyanın xarici işlər naziri növbəti dəfə Ermənistanın Baş nazirinə həddini göstərirdi, amma əsla Qarabağ probleminin həllinin tezləşdirilməsinin tərəfdarı kimi çıxış etmirdi:

"O, problemin tezliklə çözülməsini və Azərbaycan torpaqlarının işğaldan azad olunmasını istəsəydi, onda "Rusiya Qarabağda yenidən döyüşlərin baş verməməsi üçün əlindən nə gəlir edəcək",- söyləməzdi. Deyərdi ki, Rusiya regionda savaş təhlükəsinin aradan qalxması üçün Ermənistandan qoşunlarını Azərbaycan torpaqlarından çıxarmasını tələb edir. Bəzilərinin Lavrovun açıqlamalarından eyforiyaya qapıldıqlarını gördüyüm üçün bunları yazdım. Və mən belə hesab edirəm ki, Nikol Paşinyana görə Rusiyaının Dağlıq Qarabağ probleminə yanaşmada mövqeyinin dəyişəcəyini düşünmək yanlışdır".

Deputatın fikrincə, bu problemin ədalətli çözümü ancaq və ancaq Azərbaycanın dayanmadan güclənməsindən, ölkədəki sabitliyin daha da möhkəmlənməsindən, əmin-amanlığı artmasından, böyük dövlətlər, o sıradan da Rusiya ilə qarşılıqlı maraq üzərində qurulan əməkdaşlığın dərinləşməsindən, Ermənistanın isə bütün cəbhələrdə davamlı təzyiq altında saxlanmasından keçir:

"Cənab Prezidentin yeritdiyi və yürütdüyü siyasət də elə budur".

AzNews.az