Cənab Prezident bütün vətəndaşların fikrinə eyni diqqətlə yanaşır Cənab Prezident bütün vətəndaşların fikrinə eyni diqqətlə yanaşır
  • Tribuna
  • 22 Oktyabr 2019 16:50
  •  3 420

Prezident köməkçisinin Mir Şahinlə yol müzakirəsi - VİDEO

Cənab Prezident bütün vətəndaşların fikrinə eyni diqqətlə yanaşır

Mən Yardımlının Perimbel kəndindənəm və ora heç vaxt asfalt çəkilməyib. Kəndə asfalt çəkilişi üçün təşəbbüs göstərdim. Cənab Prezidentin tapşırığı və Saleh müəllimin (AAYDA sədri Saleh Məmmədov- red) işə qarışması ilə fantastik addım atıldı. Bu gün Yardımlı-Perimbel yolu Azərbaycanın ən keyfiyyətli asfaltlarından biridir.

Bunu Real TV-nin rəhbəri Mir Şahin Azərbaycan Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovla “Mir Şahinin vaxtı” verilişində söhbəti zamanı deyib.

Natiq Əmirov da Azərbaycan Prezidenti İlham Əliyevin bütün vətəndaşların fikrinə eyni diqqətlə yanaşdığını deyib:

“Siz televiziya rəhbərisiz, tanınmış jurnalistsiz. Amma mən sizə tam səmimi deyirəm ki, təkcə sizin çağırışınız deyil, cənab Prezident bütün vətəndaşların fikrinə eyni diqqətlə yanaşır. İnsanın təsəvvür eləmədiyi kəndlərə qaz çəkilir. Azərbaycanda elə kəndlər var ki, 300 il istifadə etsə belə, qazın çəkilməsinə xərclənən vəsaiti ödəyə bilməyəcək. Amma cənab Prezidentin tələbi odur ki, o vətəndaş da ondan faydalanmalıdır, bizim neft gəlirlərimizin, milli sərvətimizin hər bir vətəndaşa faydası hiss olunmalıdır”.

AzNews.az