"2050-ci ildə bir fermer 250 insanı “yedizdirməyi” bacaracaq" "2050-ci ildə bir fermer 250 insanı “yedizdirməyi” bacaracaq"
  • Tribuna
  • 29 Oktyabr 2019 10:33
  •  6 741

“Rəqəmsal İqtisadiyyat”ı inkişaf etdirmək lazımdır - Tahir Mirkişili

"2050-ci ildə bir fermer 250 insanı “yedizdirməyi” bacaracaq"

Rəqəmsallaşmanın iqtisadiyyata təsiri müasir elmin əsas tədqiqatlarından biridir.

Bu fikirləri millət vəkili Tahir Mirkişili səsləndirib.

Millət vəkili qeyd edib ki, iqtisadiyyatın kənd təsərrüfatı sahəsində aparılan tədqiqatlara görə inkişaf etmiş ölkələrdə 1960-cı ildə bir fermer orta hesabla 26 insanı “yedizdirirdi”. Daha sonra baş verən Biotexnoloji inqilab nəticəsində artıq 2017-ci ildə bir fermer 155 insanı “yedizdirməyi” bacardı. Hazırda baş verən Rəqəmsal inqilab nəticəsində 2050-ci ildə bir fermer ciddi məhsuldarlıq artımı və s hesabına 250 insanı “yedizdirməyi” bacaracaq.

T. Mirkişili vurğulayıb ki, Azərbaycanda fermerlər əsasən insanları qida məhsulları ilə təmin edirlər, onda ümumi hesablamalara görə hazırda ölkədə bir fermer 30 insanı “yedizdirir”. Müqayisə üçün, Ukraynada bir fermər cəmi 10 insanı “yedizdirə” bilir. Bu rəqəmlər göstərir ki, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini kəskin artırmaq üçün ciddi şəkildə “Rəqəmsal İqtisadiyyat”ı inkişaf etdirmək lazımdır.

AzNews.az